Disabling cut, copy, paste, right click and context menu using Javascript

Ümumi məlumat

 

GEBS Estate Almaniyada, Ştuttgart şəhər məhkəməsinin 753123 nömrəlı çıxarışı əsasında məhdud məsuliyyətli cəmiyyət olaraq qeydiyyata alınmış, Almaniya Federativ Respublikasının hüquqi və iqtisadi qanunvericiliyi çərçivəsində, yaşayış və kommersiya təyinatlı daşınmaz əmlakın alqı-satqısı üzrə hərtərəfli və peşəkar xidmətlər göstərən alman şirkətidir. Bizim məqsədimiz daşınmaz əmlaka investisiyar vasitəsilə müştərilərimiz üçün dəyər yaratmaqdır. Daşınmaz əmlak bazarında fəaliyyətdə olan böyük şirkətlərlə, banklarla həmçinin peşəkar vergi və hüquq mütəxəssisləri ilə əməkdaşlıq bizə imkan verir ki, müştərilərimizin tələb və ehtiyaclarını ən optimal şəkildə ödəyək.

 

  • Fərdi xidmət bizim üçün və müştərilər üçün böyük əhəmiyyət daşıyır. Məqsədimiz müştərilərimizi alqı-satqı prosesinin həyata keçirilməsi ilə bağlı bütün qayğılardan azad etmək və alınacaq əmlakın müştərinin tam mülkiyyətinə keçməsinə qədər olan bütün mərhələlərdə müşayiət etməkdir. Xidmətlərimizə müştərilərimizin istəyinə və büdcəsinə uyğun əmlakın axtarışı, alqı-satqı müqaviləsinin və digər lazımı sənədlərin tərtibi və gərəkli olduqda onların tərcüməsi, əlaqədar orqanlarla yazışma, ipoteka kreditinin təşkili, Almaniyada bank hesabının açılışı və məbləğin transferi, alınmış əmlakın təmiri və icarəyə verilməsi və s. daxildir.

 

  • Şirkətin ixtisaslı, peşəkar əməkdaşları alqı-satqı prosesinin tez, dəqiq və müştəriyə ən sərfəli şəkildə yerinə yetirilməsini təmin edir. Bir sıra əmədaşlarımızın daimi iş və yaşayış yerinin Almaniya ərazisində olması, bizə Almaniyanın daşınmaz əmlak bazarı haqqında məlumatlı olmaq və bazarda baş verən prosesləri yaxından izləmək imkanı verir. Həmçinin, Azərbaycanda da nümayəndəliyimizin olması bizimlə əlaqəni və ünsiyyəti daha da asanlaşdırır.

 

 

 

@2015 GEBS Consulting & Trading GmbH

Friedrich-Schoferstr.24, 71332 Waiblingen

Impressum