Disabling cut, copy, paste, right click and context menu using Javascript

Əmlakın alınması proseduru

 

Alqı-satqı prosesini uğurla həyata keçirmək üçün bir sıra məqamları nəzərə almaq lazımdır. Xüsusən də, təcrübəsiz və ya əcnəbi alıcılar üçün Almaniyada əmlak alqı-satqısı bir çox hallarda mürəkkəb məsələdir. GEBS Estate alqı-satqı prosesinin bütün mərhələlərində Sizi yaxından müşayiət edərək prosesin uğurla başa çatmasını təmin edir.

 

 

  1. Əmlakın seçimi

Müştərinin, alınacaq əmlakla bağlı təsəvvürü və büdcəsi müəyyən olunduqdan sonra, uyğun hesab etdiyimiz bir neçə seçim müştəriyə təqdim olunur.

 

 

  1. Seçilmiş obyektin ətraflı təhlili

Təklif etdiyimiz seçimlər arasından müştərinin konkret bəyəndiyi obyekt tərəfimizdən ətraflı təhlil olunur, əmlaka ilkin baxış keçirilir və məlumatlar müştəriyə təqdim olunur.

 

 

  1. Alqı-satqı şərtlərinin razılaşdırılması

Əmlakın alınması ilə yekun qərar müştəri tərəfindən qəbul edildikdən sonra satıcı ilə danışıqlar aparılır, alqı-satqı müqaviləsinin şərtləri və eləcə də digər hüquq və öhdəliklər müəyyən olunur. Münasıb qiymət razılaşdırıldıqdan sonra əmlakla bağlı sənədlər tərəfimizdən notariusa ötürülür və alqı-satqı müqaviləsinin nümunəsi hazırlanır. Müqavilə şərtləri ilə tanışlıq üçün firmamız müqavilə nümunəsini müştəriyə göndərir.

 

 

  1. Alqı-satqı müqaviləsinin imzalanması

Müqavilə şərtləri razilaşdırıldıqdan sonra notarius tərəfindən müqavilənin notarial təsdiqi üçün tarix təyin olunur. Alqı-satqı sazişinin imzalanması üçün Siz prosesdə ya şəxsən iştirak etməlisiniz, ya da ki bizim firmaya müqavilənin imzalanması üçün etibarnamə verə bilərsiniz.

 

 

  1. Bank hesabının açılması və alış qiymətinin ödənilməsi

Alqı-satqı müqaviləsini imzaladıqdan sonra müştəri alış qiymətini ödəmək öhdəliyi daşıyır. Almaniyada ödənişlə bağlı iki praktika geniş yayılmışdır.

Notarius vasitəsi ilə ödəmə:Bu halda müqavilə imzalandıqdan sonra notarius tərəfindən trast bank hesabı açılır. Hesabla bağlı yalnız notarius sərəncam verə bilər. Tələb olunan məbləğ müştəri tərəfindən notariusun trast hesabına köçürüldükdən sonra, notarius bütün zəruri ödəmələri (alış qiyməti və alqı-satqı ilə bağlı digər rüsumlar) həyata keçirir.

Birbaşa alıcının müxbir hesabına ödəmə: Bəzi hallarda, alqı-satqı müqaviləsinin şərtləri ödənildikdən sonra, satış qiyməti birbaşa satıcının bank hesabına köçürülür.

 

 

  1. Mülkiyyət hüququnun satıcıdan alıcıya keçidi

Alış qiyməti və mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri rüsumlar ödənildikdən sonra alıcı dövlət reyestrində əmlakın yeni sahibi kimi qeydiyyata düşür və əmlakın tam hüquqlu sahibinə çevirilir. Bu barədə reyestr idarəsindən alıcıya çıxarış təqdim olunur və bununla da alqı-satqı prosesi yekunlaşır.

 

 

@2015 GEBS Consulting & Trading GmbH

Friedrich-Schoferstr.24, 71332 Waiblingen

Impressum