Disabling cut, copy, paste, right click and context menu using Javascript

Əmlakın saxlanılması xərcləri

 

Digər ölkələrdə olduğu kimi Almaniyada da əmlakın saxlanılması müəyyən xərclər tələb edir. Bu işdə xarici vətəndaşlar alman vətəndaşları kimi eyni hüquq və öhdəliklərə malikdirlər və eyni xərcləri daşıyırlar. Əmlakın saxlanılması xərcləri aşağıdaklılardan ibarətdir:

 

 

  • Kommunal xidmətlər (Nebenkosten)

 

İsti və soyuq su, qızdırıcı, zibilin atılması, obyektin yerləşdiyi sahənin təmizlənməsi, liftə baxış və s. xidmətlər. Bütün bunlar tarif üzrə ödənilir.

 

 

  • Əmlakın idarə olunması xidmətləri (Hausverwaltung)

 

Əmlakın idarə olunması üzrə xidmətləri Almaniyada şəxsi təşkilatlar (mənzil -kooperativ təsərrüfat firması) həyata keçirdir. Obyektin yerləşdiyi ərazidə təmizliyə və qayda qanuna riayət olunması, obyektin kommunal xidmətlərlə təminatı və onların ödənişi və eləcə də cari təmir işlərinin aparılması ilə bu cür təşkilatlar məşğul olur.

 

 

  • Kommunal fond (Instandhaltungsrücklage)

 

Kommunal fonda əmlak sahibləri tərəfindən aylıq ödənişlər daxil edilir və bu məbləğ binanın təmir işlərinə sərf olunur. Cari təmir işləri (binanın üz örtüyünün rənglənməsi, liftin təmiri, yaşıllaşdırma və.s) ilə bağlı qərarlar əmlak sahibləri tərəfındən illik toplantıda qəbul olunur.

 

 

  • Əmlakın sığortası (Gebäudeversicherung)

 

Sığorta ödənişinin məbləği sığortanın növündən, binanın ölçüsündən asılıdır və illik 150 avrodan başlayır.

 

 

  • Torpaq vergisi (Grundsteuer)

 

Torpaq vergisi əmlakın dəyərinin 0,5–1,0% - ni təşkil edir və illik ödənilir.

 

 

 

Yuxarıda göstərilən xərclərin bir qismi, əmlakın istifadə olunub olunmamasından asılı olmayaraq ödənilməlidir. Ödəniş aylıq olaraq kooperativin bank hesabına köçürülür.

@2015 GEBS Consulting & Trading GmbH

Friedrich-Schoferstr.24, 71332 Waiblingen

Impressum