Almaniyada daşınmaz əmlak almağın üstünlükləri

 

Almaniya, yüksək həyat standartlarına, zəngin infrastruktura və yumşaq immiqrasiya qanunvericiliyinə malik güclü sənaye ölkəsidir. Xarici vətəndaşlar sadəcə lazımi maliyyə vəsaiti və xarici pasport vasitəsilə Almaniyanın istənilən federal əyalətində yaşayış, ticarət və iaşə obyektləri (hotel, restoran) əldə edə bilərlər. Əlverişli coğrafi yerləşməsi Almaniyanı daha da cəlbedici edir.

 

 

  • Münbit investisiya mühiti

 

Mütəxəssislərin rəyinə görə Almaniyanın daşınmaz əmlak bazarı digər Avropa ölkələrin əmlak bazarları ilə müqayisədə daha əlverişlidir və Almaniyada orta bazar qiymətləri “real qiymətdən” aşağıdır. Müsbət makroiqtisadi göstəricilər (ÜDM-un dinamik inkişaf tempi, yüksək məşğulluq səviyyəsi, aşağı faiz dərəcələri) Almaniyanın daşınmaz əmlak bazarının gələcəkdə də cəlbedici olacağına şərait yaradır. Xüsusən də çox aşağı faiz dərəcələri və potensial qiymət artımı fonunda Almaniyanın daşınmaz əmlak bazarına investisiya qoyuluşları səhmdarlar üçün maraqlıdır.

 

 

  • Əmlak bazarının müsbət inkişaf tempi

 

Son illər Almaniyanın daşınmaz əmlak bazarında davamlı qiymət artımı müşahidə olunur. Qiymətin inkişafı ilə baglı proqnozlar müsbətdir - orta hesabla Almaniyada əmlak qiymətləri ildə 5% artır. Əmlakın arendasından gələn gəlirlilik 6-10% arasında dəyişır. Bəzi hallarda gəlirlilik daha da yüksək ola bilər. Almaniyada yerləşməsindən və vəziyyətindən asılı olaraq 30.000 avrodan başlayaraq mənzil və 50.000 avrodan başlayaraq həyət evi almaq mümkündür. Həmçinin, Almaniyanın müxtəlif regionlarında qiymətlər əhəmiyyətli dərəcədə fərqlənir.

 

 

  • Mülkiyyət hüququnun qorunması və şəffaflığın təminatı

 

Bir çox Avropa ölkələrindən fərqli olaraq, Almaniyada qeyri rezidentlər əmlak aldıqda yalnız bina deyil, həmçinin binanın yerləşdiyi torpaq sahəsi də qeyri rezidentin mülkiyyətnə keçir. Almaniyada yaşayış və eləcə də kommersiya obyektləri dövlət reyestr qeydiyyatındadır. Reyestrdə əmlakın tarixçəsi və sahibi haqqında məlumatlar öz əksini tapır. Bu alqi-satqi prosesində və mülkiyyət hüququnun bir nəfərdən digərinə keçməsi zamanı şəffaflığı təmin edir. Bundan əlavə, qanunvericiliyə görə əmlak icbari qaydada sığortalanır və bu da Almaniyada mülk sahibi olmağı daha da təhlükəsiz və cəlbedici edir. Şəxsi mülkiyyət Almaniyada toxunulmazdır və qanun tərəfindən qorunur. Alqı-satqı sazişinin notariusun ciddi nəzarəti altında, şəffaf və dəqiq sistem üzrə keçirilməsi sayəsində alıcılar problemsiz və yüksüz əmlak əldə etdiklərindən tam əmin ola bilərlər. Əməliyyatla bağlı bütün məsuliyyəti dövlət tərəfindən səlahiyyətləndirilmiş notarius daşıyır.

 

 

 

  • Sərfəli şərtlərlə ipoteka krediti almaq imkanı

 

Alman bankından ipoteka krediti ala bilmək üçün əsas şərtlər ölkə daxilində sabit gəlirin (məsələn kirayə gəlirləri) və ilkin ödəniş üçün kapitalın olmasıdır (əmlakın dəyərinin minimum 50% -i həcmində). Bundan əlavə, ipoteka kreditinin məbləği ən azı 50.000 avro təşkil etməlidir. Təklif olunan faiz dərəcələri illik 1,5-3%-dən ibarətdir. İpoteka krediti 20 ilədək müddətə verilə bilər və kreditin vaxtından əvvəl ödənişi də mümkündür.

 

 

Disabling cut, copy, paste, right click and context menu using Javascript

@2015 GEBS Consulting & Trading GmbH

Friedrich-Schoferstr.24, 71332 Waiblingen

Impressum