Disabling cut, copy, paste, right click and context menu using Javascript

Daşınmaz əmlak - stabilliyin qarantıdır

 

Almaniyada daşınmaz əmlak sahibi olmaq müxtəlif səbəblərdən maraqlı və sərfəli olar bilər:

 

  • Sərfəli investisiya obyekti

 

Pulunuzu təhlükəsiz, bank böhranlarından və inflyasiyadan qoruyaraq, gəlir gətirəcək şəkildə yatırmaq istəyirsinizsə Almaniyada daşınmaz əmlak əldə etmək məqsədəuyğun seçimdir. Əmlak alaraq və onu icarəyə verərək Siz həm icarədən gəlir əldə edirsiniz, həm də mümkün qiymət artımından faydalanmış olursunuz.

 

 

  • Gəlir götürmək imkanı

 

Almaniyada əhalinin 60% -dən çoxu kirayədə yaşayır. Demək olar ki, bütün böyük alman şəhərlərində mənzil çatişmazlığı var. İnvestisiya məqsədi ilə Siz ya artıq kirayədə olan əmlak ala bilərsiniz və yaxud əmlakı aldıqdan sonra bizim vasitəçiliyimizlə arendaya verə bilərsiniz. Müqavilə ilə müəyyən olunmuş aylıq arenda gəlirlərini Almaniyaya gəlmədən, birbaşa Azərbaycandakı bank hesabınıza qəbul etmək də mümkündür.

 

 

  • İnflyasiyadan qorunma

 

Daşınmaz əmlak, inflyasiya və digər sərmaye risklərinin azaldılması üçün ideal investisiya obyekti hesab olunur. Banklarda əmanət şəklində saxlanılan vəsaitdən fərqli olaraq, daşınmaz əmlakın dəyəri inflyasiya nəticəsində azalmır və həmçinin bank əmanətlərinin məruz qaldığı risklərdən (məsələn bank böhranı, devalvasiya) də azaddır. İkirəqəmli inflyasiya və yerli valyutanın dəyərdən düşməsi tendensiyası Azərbaycan və Rusiyanın banklarına əmanət qoyuluşlarını təhlükəli edir.

 

 

  • Şenqen vizası

 

Almaniyada daşınmaz əmlak, sahibinə və eləcə də şəxsin ailə üzvlərinə Almaniyaya giriş-çıxış üçün multiviza almaq şansı yaradır və həmçinin bu ölkədə uzunmüddətli yaşamaq və işləmək imkanlarını artırır. Əmlak əldə etmək, Almaniyaya miqrasiya prosesində ilk addım ola bilər. Yerli iqtisadiyyata sərmaye yatıraraq və iş yerləri açaraq biznes fəaliyyəti ilə məşğul olduğunuz halda isə daimi yaşayış icazəsi almaq imkanı yaranır. Başqa sözlə, Almaniyada əmlak aldıqda Siz rahatlıqla, heç bir maneəsiz Almaniyaya gəliş-gedişinizi təmin edə bilərsiniz.

 

@2015 GEBS Consulting & Trading GmbH

Friedrich-Schoferstr.24, 71332 Waiblingen

Impressum