Almaniyanın əmlak bazarının inkişafı dayanmaq bilmir

 

Handelsblatt qəzetinin və iqtisadçıların araşdırmaları göstərir ki, Almaniyanın daşınmaz əmlak sektoru inkişafdadır. İcarə haqqları və qiymətlər artmaqdadır.

 

Faiz dərəcələri hazırda ən aşağı səviyyədədir. Həmçinin hazırkı iqtisadi proqnoslar da optimist olmağa əsas verir. Alman İqtisadiyyatı İnstitunun əməkdaşı, Mixael Voigtlenderin sözlərinə görə, demək olar ki, bütün iqtisadi tədqiqat institutları 2016-cı ildə Almaniyada iqtisadi artım proqnoz edirlər və hətta bəziləri artımın 2017-ci ildə daha da yüksək olacağını ehtimal edirlər.

 

Daşınmaz əmlaka olan tələbat gələcəkdə də artacaqdır. Yüksək miqrasiya səbəbindən Almaniyanın əhali sayı durmadan artmaqdadır. Vizekanzler Sigmand Gabrielin sözlərinə görə bu il Almaniya bir milyonadək qaçqın qəbul edəcəkdir. Bu insanların yaşayış obyektləri ilə təmin olunmağı vacibdir. Hazırda Almaniyada 800 min sosial təyinatlı mənzil qıtlığı var. Əhali artımı nəticəsində mənzillərə olan tələbatın artımı qaçılmazdır.

 

 

Mənbə: "Handelsblatt qəzeti" 18.09.2015

Digər xəbərlər

@2015 GEBS Consulting & Trading GmbH

Friedrich-Schoferstr.24, 71332 Waiblingen

Impressum