Həyat standarına görə Münxen Almaniyanın bir nömrəli şəhəridir

 

2015-ci ildə Münxen Almaniyanın həyat standartı ən yüksək olan şəhəridir. Dünya miqyasında isə Vyana bu sahədə birinci olmuşdur. Zürich və Aukland isə sonrakı yerləri bölüşdürür. Bu nəticəyə, konsaltinq şirkəti olan Merser, 230 dünya şəhəri arasında həyat standartının qiymətləndirilməsi üzrə apardığı araşdırma nəticəsində gəlmişdir.

 

Münxen (4-cü yer), Düsseldorf (6-cı yer) və Frankfurt am Main (7-ci yer) sıralamada ilk onluqda yer alırlar. Keçən illərə nisbətən bəzi alman şəhərləri sıralamada yuxarıya qalxmışlar. Berlin (16-dan 14-ə) və Hamburqla (17-dən 16-ya) yanaşı Stuttqart sıralamada 26-dan 21-ə beş pillə qalxmışdır.

 

Merser experti Ulrike Hellenkapmın sözlərnə görə alman şəhərləri umumilikdə yüksək həyat standartı təklif edirlər və sıralamada bir birilərinə yaxındirlar. Beynəlxalq hava limanları, nəqliyyat qovşaqlarına yaxınlıq, asudə zaman keçirmək imkanları qiymətləndirməyə müsbət təsir edən amillərdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: "Merser konsaltinq" 04.03.2015

Reyting 2015

Şəhərlər

4

München

6

Düsseldorf

7

Frankfurt

14

Berlin

16

Hamburg

21

Stuttgart

25

Nürnberg

59

Leipzig

Digər xəbərlər

@2015 GEBS Consulting & Trading GmbH

Friedrich-Schoferstr.24, 71332 Waiblingen

Impressum