Almaniyada qayğı evləri gəlirli investisiya hesab olunur

 

Əhalının yaşlanması ilə əlaqədar, Almaniyada qayğıya ehtiyacı olan insanların sayının növbəti illərdə daha da artacağı gözlənilir. Bu səbəbdən Almaniyada daha da çox qocalar evlərinə ehtiyac duyulur.

 

Peşəkar investorlar qocalar evlərinə maliyyə yatırmağı məqsədəuyğun hesab edirlər. Ötən ildə Almaniyada bu cür evlərin alqı-satqısı 811 milyon avro təşkil etmişdir. CBRE Konaltinq şirkətinin məlumatına görə, bu əvvəlki ilə nisbətən 24% artım deməkdir.

CBRE şirkətinin manageri Dirk Rixoltun sözlərinə görə bu cür əmlak vasitələrindən gəlirlilik klassik investisiya obyektləri hesab olunan ticarət təyinatlı əmlaklardan daha yüksəkdir. 2014 cü ilin axırında qocalar evindən əldə olunan gəlirlilik orta hesabla 6,25% təşkil etmişdir.

 

Əsasən peşəkar investorlar tərəfindən bu cür evlərə olan yüksək tələbat gəlirliliyin artmasına səbəb olur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: "Die Welt qəzeti", 16.04.15

Digər xəbərlər

@2015 GEBS Consulting & Trading GmbH

Friedrich-Schoferstr.24, 71332 Waiblingen

Impressum